Mart 18, 2022 17:51 Asia/Baku
  • Putin: Ukrayna danışıqları qəsdən uzadır

Rusiya prezidenti Ukraynanı danışıqlar prosesini qəsdən uzatmaqda ittiham edib.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin bəyan edib ki, Kiyev “yeni real olmayan təkliflər” irəli sürməklə danışıqları keçirilməsini uzatmağa cəhd göstərir.

Rusiya Prezidenti Almaniya kansleri Olaf Şoltsla martın 18-dəki telefon danışığında qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Donetsk və Makeevka şəhərlərində yaşayış binalarını atəşə tutur.

Onun sözlərinə görə, həmin şəhərlərin atəşə tutlması nəticəsində çoxlu sayda dinc sakin ölüb.

Prezident martın 17-də Ukraynanın Mariupol şəhərindən 43 min nəfəri təxliyə etdiklərini bildirib.

Vladimir həmçinin Ptuin Rusiya və Urayna nümayəndə heyətlərinin videoformatda keçirilən danışıqları ilə bağlı materialları da Olaf Şoltsa təqdim edib.

 Qeyd olunub ki, Kiyev rejimi getdikcə daha çox real olmayan təkliflər irəli sürərək danışıqlar prosesini yubatmağa hər cür cəhd edir. Buna baxmayaraq, Rusiya tərəfi özünün məlum prinsipial yanaşmalarına uyğun həll yolları axtarışlarını davam etdirməyə hazırdır.

Teqlər