Medvedev ABŞ-ın uğur qazanacağı təqdirdə yaranacaq durumu təsvir edib
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini ABŞ-ın Rusiya və Çinə qarşı planlarının beynəlxalq ictimaiyyət üçün törədə biləcəyi fəsadlara toxunub.
SəhərAzəri-nin məlumatına əsasən,Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında yazıb: "Son 30 ildə ABŞ-ın primitiv oyununun məqsədi Rusiyanı düşmən kimi göstərmək idi, daha sonra növbə Çinə gələcək, bu isə ağır böhrana və nüvə partlayışına səbəb olacaq".
"Son otuz il ərzində Rusiya ABŞ-ın primitiv oyununun hədəfi olub. Bunun bir izahı var - o, düşməndir. Daha prinsipial ideoloji ziddiyyətlər olmasa belə, SSRİ-nin başqa hansı varisləri var? Bu o deməkdir ki, Rusiya alçaldılmalı, məhdudlaşdırılmalı, sarsılmalı, parçalanmalı və məhv edilməlidir. Yaxın gələcəkdə Avropada və bütövlükdə dünyada bunun reaksiyası necə olacaq? Vacib deyil. Heç kim bu barədə heç vaxt düşünməyib" - deyə o qeyd edib.
Medvedev Amerikanın qarşıdurmanın bu raundunda uğur qazanacağı təqdirdə vəziyyəti təsəvvür etməyə çağırıb. “Nəticə budur: qeyri-sabit siyasi rejimə, zəif rəhbərliyə, çökmüş iqtisadiyyata, ABŞ və Avropadakı hədəflərə yönəlmiş maksimum sayda nüvə başlıqlarına malik ən böyük nüvə dövləti”, - deyə Dmitri Medvedev bildirib.
Medvedevin fikrincə, ABŞ-ın növbəti məqsədi Çinin tamamilə zəiflədilməsi olacaq: "Bundan sonra ciddi qlobal böhrana, enerji və ərzaq tənəzzülünə, bütün kollektiv təhlükəsizlik sistemlərinin sıradan çıxmasına və böyük nüvə partlayışına qədər cəmi bir neçə addım qalıb”, - deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib.