Stoltenberg:
“Ukraynanın NATO-ya üzvlük məsələsi sammitin gündəliyində olmayacaq”
Mart 23, 2022 19:32 Asia/Baku
"Ukraynanı NATO-ya üzvlük məsələsi Alyansın sabah baş tutacaq sammitinin gündıliyində olmayacaq". Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq sammitə həsr olunmuş brifinq zamanı deyib.
SəhərAzəri-nin məlumatına əsasən, Yens Stoltenberq qeyd edib ki, Ukraynadakı müharibə NATO ilə Rusiya arasında münaqişəyə çevrilməməlidir, əks halda daha çox insan itkisinə və dağıntılara səbəb olacaq.
Stoltenberq Çinin rolunun çox vacib olduğunu da vurğulayıb:
“Pekin Moskvaya qoşuldu. Çin Rusiyaya siyasi dəstək verdi. Müttəfiqlər olaraq biz Rusiyanın bu işğalına dəstəyin qarşısını almağı planlaşdırırıq”, - deyə o bildirib.