Mart 28, 2022 11:51 Asia/Baku
  • İddia: Rusiyanın canlı itkisi 17 mini ötdü

Ukrayna fevralın 24-dən başlanan müharibədə Rusiyanın bu günədək 17 min itki verdiyini iddia edib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, fevralın 24-dən martın 27-nə qədər düşmənin 17.000-dən çox əsgəri, 586 tankı, 1694 hərbi zirehli maşını, 302 artilleriya sistemi, 95 reaktiv yaylım atəş sistemi, 54 HHM sistemi, 123 təyyarə, 127 helikopter, 1.150 avtomobil texnikası, 7 gəmi/kater, 73 yanacaq sisterni, 66 PUA, 21 xüsusi texnika, 4 ədəd taktiki raket kompleksi məhv edilib.

Ukrayna Silahlı Qüvvələri həmçinin bildirirlər ki, son sutkada Rusiya ordusunun 4 döyüş təyyarəsini, 1 helikopterini, 2 pilotsuz uçan aparatını, 2 qanadlı raketini məhv ediblər.

Məlumata görə, son sutkada Donetsk və Luqansk istiqamətindən Rusiyanın 5 hücumunun qarşısı alınıb, 2 tankı, piyadaların döyüş maşını və avtomobili məhv edilib, canlı qüvvələri itkisinin sayı dəqiqləşdirilir.

Digər bir iddiaya əsasən, Ukrayna Silahlı Qüvvələri ölkə paytaxtı Kiyev ətrafında müdafiəni gücləndirir, qarşı tərəfin şimal-qərb və şərqi istiqamtindən girməsinin qarşısını alır, onları sıxışdırırlar, Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində isə müdafiə əməliyyatını davam etdirirlər.

Qeyd olunur ki, Topolskoye, Kamenka, Suxaya Kamenka yaşayış məntəqələri ərazilərində müdafiə döyüşləri davam edir: “Cənubda qüvvələrimizin əsas səyləri Krivoy Roq, Zaporojye və Nikolayev şəhərlərində müdafiə tədbirlərinin təşkilinə, dəniz sahilinin müəyyən hissələrinin saxlanılmasına, mühüm infrastruktur obyektlərinin mühafizəsinə və müdafiəsinə yönəldilib”, - deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildiriblər. 

Teqlər