Pakistanda anti-ABŞ aksiyası
Pakistanın siyasi və dini aktivistləri bir aksiyada ABŞ-ın onların ölkələrinin daxili işlərinə qarışması və Pakistanın istiqlaliyyəti və suverenliyini hədələməsini pisləyiblər.
SəhərAzəri-nin məlumatına əsasən, Anti-ABŞ aksiyası «Müsəlmanların Birliyi Məclisi» partiyasının çağırışı əsasında İslamabad şəhərində, cümə namazından sonra keçirilib.
Amerikanın bayrağına od vuran etirazçılar ABŞ-ın Pakistan əleyhinə hədələyici siyasətlərinə və bu ölkənin daxili işlərinə müdaxilə etməsinə qarşı hiddətlərini ifadə ediblər.
Pakistan baş nazirinin Amerikanın İslamabadın daxili işlərinə qarışmaq üzrə səyi və qeyri-diplomatik rəftarı barədəki ifşaçılığının ardınca Pakistan Xarici İşlər Nazirliyi ABŞ-ın təhdidedici məktubuna rəsmi şəkildə etiraz edib.
Bununla bağlı Amerikanın İslamabaddakı müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə çağırtdırılıb və Pakistanın xalqı və hökumətinin kəskin notası ona bəyan edilib.
İmran xan cümə axşamı günü gecə canlı tele-çıxışda Pakistan xalqına xitabən deyibdir ki, Pakistan parlamentində baş nazirə etimadsızlıq məsələsinin qaldırılması xarici amillərin müdaxilələrinin nəticəsidir.