Apr 03, 2022 21:18 Asia/Baku
  • ABŞ bir həftə ərzində Rusiyadan neft tədarükünü 43% artırıb

Birləşmiş Ştatlar keçən həftə ərzində Rusiyadan neft idxalını 43%, sutka ərzində isə 100 min barelə qədər artırıb.

SəhərAzəri-nin RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu, Rusiya Federasiyasının Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popov bildirib.

Popov sonra belə qeyd edib: Avropalıları anti-Rusiya sanksiyaları tətbiq etməyə məcbur edən Amerikanın özü nəinki Rusiyadan neft idxalını davam etdirir, həm də ötən bir həftə ərzində "qara qızıl" ın tədarük həcmini 43%, bir sutkada isə 100 min barrelə qədər artırıb! Bundan əlavə, Vaşinqton öz şirkətlərinə Rusiyadan mineral gübrələrin ixracına icazə verib və onları ən zəruri mallar hesab edib.

Bu məlumatı Moskvada çıxan "Komsomolskaya Pravda"qəzetinə müsahibəsində verən Rusiya Təhlükəsizlik Şurası katibinin müavini hesab edir ki, Avropa Amerikadan bu kimi digər "sürprizlər" gözləməlidir. O vurğulayıb ki, Vaşinqton hələlik avropalılara analoji tədbirlər görməyə icazə vermir.

Teqlər