İngiltərə xalqı cinayət hallarının artmasından nigarandır
İngiltərə daxili işlər nazirliyinin apardığı rəy sorğusunun nəticələirnə görə, İngiltərə xalqı bu ölkədə cinayət hallarının artmasından nigarandır.
SəhərAzəri-nin məlumatına əsasən, Hökumət daima cinayət halları ilə mübarizədən danışsa da ümumi fikir onun bu niyyətinə inanmır.
Rəy sorğusuna əsasən, «xalqın təqribən 35%-i» demək olan/ təkcə üçdə bir hissəsi/ hökumətin cinayət halları ilə mübarizə apara biləcəyinə inanır.
İngiltərənin baş naziri Boris Conson cinayət hallarının fevral ayında on dörd faiz azaldığını iddia edir.
Bu gizli rəy sorğusuna əsasən, xalqın 61 faizi deyir ki, cinayətlər artacaq, əlli bir faiz isə özünün cinayət qurbanı olacağından nigarandır.
Xüsusilə bıçaqlama, narkotik maddələr istehlakı və qaçaqmalçılığı kimi kobud cinayətlərdən nigaran olan xalq bu qənaətdədir ki, cinayət halları ilə mübarizəyə lazım olan imkanlar, o sıradan polis qüvvəsi,/ yoxdur.
Mühafizəkar hökumətin 2010-cu ildə hakimiyyətə gəldiyi zamandan bəri 20 min polis qüvvəsi öldürülüb.
Həmçinin 2021-ci ildə silahlı cinayətlər 2351 hala çatıb. 650 nəfər odlu və soyuq silahla qətlə yetirilibdir ki, bu da son on ildə ən yüksək miqdardır.
Milli statistika mərkəzi də bildiribdir ki, ötən beş ildə azı 1056 nəfər bıçaqla qətlə yetirilib. Qətlə yetirilənlərin dörddə birinin yaşı, 18-24 yaş arasında elan olunub.