Apr 07, 2022 11:59 Asia/Baku
  • Kiyevə ölümcül texnika təhvil verilir

Qərb dövlətləri Ukraynanı ölümcül silah və texnikalarla təchiz etməklə bölgədə sülhün bərqərarını əngəlləyirlər.

SəhərAzəri-nin məlumatına əsasən, bu gün NATO-nun xarici işlər nazirləri Ukraynaya əlavə ağır silahların tədarükü məsələsini müzakirə edir.

NATO-nun baş katibi Yens Stoltenberq NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib ki, hərbi alyansa üzv ölkələr Ukraynaya müdafiə və hücum silahlarının tədarükü arasında fərq qoymamalıdır.  

O qeyd edib ki, Ukraynaya dəstəyi davam etdirməyə ehtiyac var və NATO Ukraynaya daha çox hava hücumundan müdafiə sistemləri, tank əleyhinə silahlar, yüngül, həm də ağır silahlar göndərməyi planlaşdırır. 

Bu arada Britaniya Ukraynaya zirehli döyüş texnikası, eləcə də texnikadan istifadə qaydalarını öyrənmək üçün bir qrup hərbçini Ukrayna ilə qonşu olan ölkələrdən birinə göndərmək planları üzərində işləyir.

Məlumata görə, Britaniya höküməti Ukraynaya ya “Mastiff” zirehli döyüş maşınlarını, ya da “Cakal” zirehli kəşfiyyat və patrul maşınlarını göndərə bilər. Bundan əlavə, London yaxın günlərdə daşına bilən zenit və tank əleyhinə raket komplekslərinin əlavə tədarükünü elan etmək niyyətindədir. 

Teqlər