Apr 08, 2022 11:52 Asia/Baku
  • ABŞ ukraynalı didərginləri aldadır

Ukraynada müharibənin davam etməsində maraqlı olan və buna görə də ukraynalılara vədlər verən Amerika öz sözünə sahib çıxmır.

SəhərAzəri-nin məlumatına əsasən,Müharibə fəsadlarından təngə gələn Ukraynalıları müharibəni davam etdirməyə təşviq eədn ABŞ prezidenti martın 24-də yüz minə qədər Ukrayna vətəndaşını ölkəyə qəbul edəcəyinə söz versə də indiyədək Amerikada Cəmi 12 ukraynalıya qaçqın statusu verilib

CNN telekanalının məlumatına görə, çox güman ki, bu 12 ukraynalı Ukraynada müharibə başlamazdan xeyli əvvəl müraciət edib və onların heç müharibə didərginlərinə aidiyyatı yoxdur.

 Beləliklə görünən budur ki, Ukrayna müharibəsi başlanandan sonra ABŞ-da ukraynalılara qaçqın statusunun verilməsi prosesinə heç start verilməyib.

Çoxlu sayda ukraynalı Meksika sərhədində ABŞ-a daxil olmaq üçün növbə gözləyir. Hər gün sadəcə 100 ukraynalı qaçqının ABŞ -a daxil olmasına icazə verilir.

Ağ Ev dildə vədlər versə də əslində ABŞ-a getmək istəyən ukraynalı qaçqınların Avropada qalacaqlarına ümid edir.

Teqlər