Rusiya müdafiə Nazirliyi yeni məlumat yaydı
Odessada artilleriya anbarı məhv edilib
Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Rusiyanın operativ-taktiki aviasiyası gün ərzində Ukraynada 54 hərbi obyekti məhv edib.
SəhərAzəri-nin məlumatına əsasən, general-mayor İqor Konaşenkov deyib ki, Rusiyanın yüksək dəqiqlikli raketi həmçinin Odessada artilleriya anbarını məhv edib.
Rusiya Müdafiə Nazirliyinin Ukraynadakı vəziyyətlə bağlı yaydığı məlumatda isə bildirilir ki, Mariupoldan radio dinləmələrinin nəticələrinə görə, şəhərin işğal olunmuş ərazilərində xeyli sayda əcnəbi muzdlular var.
Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus Su-27 qırıcısını havada vurub. Xüsusi əməliyyat başlayandan Rusiya silahlı qüvvələri tərəfindən Ukrayna Silahlı Qüvvələrinin 421 PUA və 2024 zirehli texnikası məhv edilib. Digər tərəfdən Rusiya aviasiya və raket qoşunları Ukraynada 85 hərbi obyekti məhv edib. Onların arasında iki komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi qurğusu, dörd özü yeriyən artilleriya qurğusu, səhra sursat anbarı, iki maddi-texniki təchizat anbarı, həmçinin dörd dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var.