İmran Xana etimadsızlıq səsi verildi
Pakistanda həftələrlə siyasi çəkişmələrdən sonra nəhayət bu ölkə parlamentində hakim partiya ilə müxalif nümayəndələr Pakistanın baş naziri İmran Xanın nazirlər kabinetinə etimadsızlıq layihəsini qəbul etdirməyə müvəffəq olublar.
SəhərAzəri-nin məlumatına əsasən, Şənbə günü səhər saatlarından başlanan Pakistanın baş nazirinə etimadsızlıq layihəsi üzrə səsvermə iclası bir neçə dəfə təxirə düşdükdən sonra nəhayət bazar günü səhər tezdən keçirilib.
«Müsəlman Liqası- Nəvaz» partiyası, Xalq Partiyası, İslam Din Alimləri Cəmiyyəti, Bəluçestan Əvami Partiyası, Vətən Respublikası Partiyası və Milli Əvami Partiyasından ibarət Pakistan müştərək müxalifət cəbhəsinin nümayəndələri bu ölkənin baş nazirinə etimadsızlıq layihəsinin lehinə səsvermə prosesində iştirak ediblər.
Səsvermədə 174 nümayəndə Pakistanın baş nazirinə etimadsızlıq layihəsinin lehinə, 110 nümayəndə isə əleyhinə səs verib.
Beləliklə, Amerika və Ərəbistanın Pakistan hökumətinə qarşı yumşaq siyasi çevrilişinin sonuncu mərhələsi, yəni İmran Xanın kənarlaşdırılması baş tutub.
İmran Xan bundan öncə tvitter-də elan etmişdi ki, o, müstəqil xarici siyasətinə, Pakistanın istiqlaliyyətinə təkidinə və ölkəsinin ərazisində xarici bazanın yaradılması ilə razılaşmadığına görə, Amerikanın kənarlaşdırma fitnəkarlığının hədəfinə çevrilibdir.
Pakistan parlamentində İmran Xanın nazirlər kabinetinə etimadsızlıq layihəsinə səsvermənin başlanmasından öncə parlamentin sədri Əsəd Qeysər və sədr müavini Qasım Xan Suri vəzifələrindən istefa verdilər.
Dünən gecə etdiyi çıxışda Pakistanın əsas qanununa sadiq qaldığını bildirən bu ölkə parlamentinin sədri Əsəd Qeysər qeyd etdi ki, ölkənin işlərinə xarici müdaxilədən irəli gələn şəraitə əsasən, vəzifəsindən istefa verir.
Pakistan parlamentinin İmran Xana etunadslzlıq səsindən sonra da bu ölkənin baş prokuroru Xalid Cavid Xan vəzifələrindən istefa verdi.
Hal-hazırda İmran Xanın tərəfdarlarından minlərlə nəfər Lahor şəhərinin küçələrinə çıxıb.
Belə bir halda, Pakistan mediaları bildiriblər ki, bu ölkənin bütün hava limanları hazır vəziyyətə gətiriliblər və hökumət rəsmiləri icazəsiz xaricə səfər edə bilməzlər.