Apr 10, 2022 12:06 Asia/Baku
  • Finlandiya üzvlük üçün NATO-ya müraciət etməyə hazırlaşır

Rusiyanın xəbərdarlıqlarına rəğmən, Finlandiya may ayının ilk həftəsində NATO-ya üzvlük üçün müraciət edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, ölkənin NATO-ya üzvlük üçün hazırlıqlarının aprelin 14-də başlayacağı və müraciətlərin mayın ilk həftəsində veriləcəyi bildirilib.

Finlandiyanın keçmiş baş naziri Alexander Stubb mövzu ilə bağlı “Aftonbladet” qəzetinə açıqlama verib. O, Finlandiyanın tezliklə NATO üzvlüyü üçün müraciət edəcəyinə əmin olduğunu, İsveçdə də bu qərarın alınması istiqamətində çalışdığını vurğulayıb.

Finlandiya parlamentindəki deputatlardan 112-si NATO üzvlüyünü dəstəkləyir, 71-i isə buna mənfi yanaşır. Deputatlardan 17-si qərarsız olduğunu bildirir.

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq aprelin 7-də NATO Xarici İşlər Nazirləri Toplantısındakı çıxışında bildirib ki, Ukrayna müharibəsi aylarla, hətta illərlə davam edəcək. Finlandiya və İsveç Alyansa daxil olmaq istəsə, bu tələbləri yerinə yetiriləcək.

Teqlər