Fransada seçkilərin nəticələrinə qarşı etiraz aksiyası keçirilib
Fransanın Ren şəhərində prezident seçkilərinin birinci turunun nəticələrinə qartşı etiraz aksiyası keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən,Ren şəhərinin mərkəzinə toplaşanlar Emmanuel Makron və Marin le penin əsas namizədlər kimi növbəti tura keçməsinə etiraz ediblər.
Aksiya iştirakçıları tullantı qablarına od vurub, iş yerlərinin pəncərələrini sındırıblar.
Etirazçılar polisin müdaxiləsindən sonra dağılışıb.
Fransada prezident seçkilərinin birinci turunun nəticələrinə görə Makronun 27,6% səs topladığını bildirib. Ikinci yerdə gələn Le Pen isə 23,41% səs toplayıb.
ّFransanın “BFM” telekanalı bildirib ki, keçirilən prezident seçkilərinin birinci turunda 13 milyona yaxın fransız səsverməyə gəlməyib.
“Seçicilərin 27%-i seçkilərdə iştirak etməyib, bu, demək olar ki, 13 milyon nəfərdir”, - telekanal aparıcısı bildirib.
Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.