Apr 11, 2022 12:29 Asia/Baku
  • Fransa seçkiləri
    Fransa seçkiləri

Fransa prezident seçkilərinin birinci turu bazar günü bütün ölkə üzrə keçirilib. Səslərin 95 faizi sayıldıqdan sonra Makronun 28 faiz səs toplayaraq, lider olduğu bildirilir. Le Pen isə 23 faiz səslə ikinci yerdədir.

SəhərAzəri-nin məlumatına əsasən, Seçkilərin ilkin nəticələrinə əsasən, Fransanın hazırkı prezidenti səslərin 28,4 faizni toplayaraq, liderdir və İfrat Sağçı partiyasının namizədi Marin Le Pen isə 23,4 faiz səslə ikinci yerdədir. Makron və Le Pen seçkilərin ikinci turuna yüksəliblər. Fransa seçkilərində ilk turda 50 faiz üstəgəl bir səs toplayan hər bir namizəd qalib hesab olunur.

İlk turda ilk iki yeri tutan Makron və Le Pen aprelin 24-də keçiriləcək səsvermənin ikinci turunda mübarizə aparacaqlar.

Birinci turun keçirilməsindən sonra bir neçə namizəd, o cümlədən respublikaçılar paertiyasından olan Valeri Perkres, sosialistlərin namizədi Anna İdalqo və yaşılların namizədi Yanik Jado, Makronu dəstəkləyiblər. Həmçinin 21 faiz səslə üçüncü yerdə qərarlaşan solçuların namizədi Jan-Lük Melanşon da tərəfdarlarından Le Penə səs verməməyi xahiş edib. 

Teqlər