Apr 11, 2022 17:04 Asia/Baku
  • Paşinyan
    Paşinyan

Ermənistan hökumətinin mətbuat xidməti bir bəyanatda bu ölkənin baş nazirinin Vladimir Putinlə görüşmək üçün aprelin 19-da Rusiyaya səfər edəcəyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olduğu qeyd edilib.

Ermənistanın baş naziri və Rusiya prezidenti iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunublar və bu məsələlərin aprelin 19-da Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri zamanı ətraflı müzakirə ediləcəyi barədə razılığa gəldilər.

Məlumata əsasən, söhbət zamanı Azərbaycan bölmələrinin Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin cavabdehlik zonasına daxil olmasına istinad edilib.

Baş nazir Paşinyan Ermənistan tərəfinin Rusiya sülhməramlılarının Azərbaycan bölmələrinin bu bölgələrdən çıxarılmasını təmin etmək üçün konkret tədbirlər görəcəyinə ümid etdiyini bildirib.

Bundan əvvəl Ermənistanın Rusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılmasına dair qətnamə layihəsinə səsvermədə iştirak etməməsi müxalifətin etirazı ilə qarşılanıb.

Ermənistan parlamentindəki müxalifət nümayəndəsi Aram Martovanian vurğulayıb ki, Dağlıq Qarabağda sülhün əsas təminatçısı olan Rusiya Ermənistanın ən yaxın müttəfiqinə çevrilməlidir.

Teqlər