Apr 14, 2022 10:39 Asia/Baku

Rusiyanın Müdafiə Nazirliyi “Moskva” raket kreyserində sursatın partlaması barədə məlumat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, gecə saatlarında Qara dənizdə yerləşən “Moskva” raket kreyserinin göyərtəsində insidentlə bağlı məlumatlar gəlməyə başlayıb.

Əvvəlcə Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının flaqmanının göyərtəsində yanğınla bağlı məlumat daxil olub, daha sonra döyüş gəmisinin ekipajının təxliyəsi ilə bağlı məlumatlar gəlməyə başlayıb.

Bir müddət sonra Rusiya Müdafiə Nazirliyi kreyserdə sursatların partladığını və nəticədə gəmiyə ciddi ziyan dəydiyini bildirdi.

Müdafiə Nazirliyinin məlumatlarında bildirilir ki, raket kreyserində baş verən yanğının səbəbləri müəyyənləşdirilir.

Kiyev isə iddia edir ki, yanğın nəticəsində “Moskva” raket kreyserində partlayan sursatlar gəmiyə ciddi ziyan vurub və “Moskva” gəmisi batıb.

Xatırladaq ki,  "Moskva" - Qara Dəniz Donanmasının flaqmanı hesab olunur. 

1983-cü ildə “Slava” adı ilə istifadəyə verilib. 1996-cı ildə kreyser indiki adını alıb. Moskva kreyseri ciddi hava hücumundan müdafiə sisteminə malikdir, ona görə də hərbi gəminin hədəfə alınması təəccüb doğurur. 

Teqlər