Apr 14, 2022 12:17 Asia/Baku
  • Yeni texnika verilir və Rusiya soyqırımında ittiham olunur

ABŞ hökuməti Ukraynada alovun üstünə yağ tökür və müharibəni qızışdırır.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Ukraynaya Əfqanıstan üçün nəzərdə tutulan 11 Mi-17 helikopteri verəcək.

Yeni yardım paketi həmçinin 18 haubitsa, o cümlədən artilleriya əleyhinə radarlar və 200 zirehli personal daşıyıcısı ilə təmin etməyi nəzərdə tutur.

Reuters xəbər verir ki, Birləşmiş Ştatlar Ukraynanı ilk dəfə olaraq haubitsalarla təmin edəcəkdir.

Prezident Co Bayden Kiyevə 800 milyon dollar məbləğində əlavə hərbi yardım göstəriləcəyini açıqlayıb.

45 gün ərzində Ukraynaya hərbi yardımın ümumi məbləğini 2,5 milyard dollara çatdıran sonuncu paketə artilleriya sistemləri, artilleriya mərmiləri və zirehli personal daşıyıcıları daxildir.

Digər tərəfdən ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, Birləşmiş Ştatların Rusiyanın 2022-ci ilin fevralında Ukraynada başlatdığı hərbi əməliyyatı soyqırımı kimi tanımaq ehtimalı yüksəkdir.

“Prezident Cozef Baydenin dediklərini nəhayət yüksək ehtimalla tapacağımızı təxmin edə bilərəm. Çünki yer üzündə baş verənlər təsadüfi deyil”, - deyə Nuland “CNN”də deyib.

Qeyd edək ki, C. Bayden Rusiyanın Ukrayna ilə bağlı siyasətini soyqırımı adlandırıb, lakin qeyd edib ki, onun hüquqi baxımdan bu şəkildə kvalifikasiya edilib-edilməməsi ilə bağlı qərarı hüquqşünaslar verməlidir.

Ağ Evin müharibəni qızışdırmaqda israrlı olması elə bir haldadır ki, Ukraynada davam edən müharibə dünya əhalisinin 20 fazini aclığa sürükləyir.

BMT-nin Baş katibi Antoniu Quterreş tviter səhifəsində bu barədə yazıb: “Ukraynadakı savaş bəşəriyyətin beşdəbirindən çoxunu yoxsulluğa düçar edə bilər. Müharibənin insanlara təsirinin qarşısının alınmasının yeganə daimi həlli sülhdür”.

Teqlər