ABŞ DD: Nüvə anlaşmasının bərpası bizim xeyrimizədir
«Ötən aylarda Vyana müzakirələrində diqqətəlayiq irəliləyişlərimiz oldu. İxtilaflar var və razılığa çatmağın zamanı dəqiq surətdə məlum deyil». Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü deyib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays söyləyib: Yerdə qalan ixtilaflar var. Biz yerdə qalan məsələlərin həll edilməsini fəal şəkildə izləyirik, çünki hələ də inanırıq ki, qarşılıqlı surətdə Birgə Əhatəli Fəaliyyət Planının tam şəkildə icrasına qayıdış, atom silahlarının yayılmaması məziyyətlərini bizə töhfə verəcək; bu da son dərəcə bizim milli təhlükəsizliyimizin xeyrinədir.
Amerika Vyana müzakirələrinin nəticəyə çatmaması ilə bağlı, necə deyərlər, topu İranın meydançasına atdığını/ və hazırkı naməlum vəziyyətdə Tehranı müqəssir göstərməyə çalışır. Halbuki İran dəfələrlə öz tələblərini açıq-aydın şəkildə dilə gətirib.
İran nüvə irəliləyişləri istiqamətində iri addımlar atıb və əslində elə bu məsələ, Bayden hökumətini, İranın nüvə anlaşması öhdəliklərinin icrasına qarşılıqlı şəkildə qayıdışı məqsədilə anlaşmaya geri dönmək kimi, hazırkı yanaşmaya vadar edibdir.
İran dəfələrlə bütün sanksiyaların ləğvi, bu məsələnin düzgünlüyünün yoxlanılması, eləcə də yenidən nüvə anlaşmasından çıxmamaq barədə Amerika tərəfindən təzminatın verilməsi kimi, bu sahədəki prinsipial mövqeyini elan edib və onların reallaşmasını istəyib.
Tehran bildiribdir ki, əgər amerikalı tərəf real şəkildə hərəkət edərsə, Vyanada anlaşmaya nail olmaq imkanı var.