Apr 28, 2022 17:18 Asia/Baku
  • Rusiya sərt reaksiya göstərəcək

Rusiya XİN sözçüsü Ukraynanın Rusiyaya NATO-dan aldığı silahlarla zərbə vurması ilə bağlı fikirlərin ölkəsinin sərt reaksiyasına səbəb olacağı xəbərdarlığını edib.

SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova deyib ki, Qərb ölkələri açıq şəkildə Ukraynanı tədarük etdikləri silahlarla istifadə edərək Rusiya ərazisinə hücum etməyə çağırır. 

"Biz ötən gün Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippinin Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirməsinin mümkünlüyü ilə bağlı açıqlamalarına münasibət bildirmişik", - deyə diplomat bildirib.

Rusiya XİN sözçüsü vurğulayıb ki, Qərb açıq şəkildə Kiyevə NATO ölkələrindən alınan silahlardan istifadə edərək Rusiyaya hücum etməyə çağırır. Kiyevdə bunu fəaliyyətə rəhbərlik kimi qəbul etdilər: son bir neçə həftə ərzində Ukrayna silahlı qüvvələri Rusiyanın bu ölkə ilə həmsərhəd rayonlarını atəşə tutub, nəticədə insan tələfatı və dağıntılar olub. Bu, Zelenski rejiminin öz qərarlarında müstəqil olmadığını və tamamilə kənar kuratorlardan asılı olduğunun bir daha sübutudur.

O, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə qarşı bu cür cinayətkar fəaliyyəti cavabsız qala bilməz.

"Mən istərdim ki, Ukrayna və Qərb paytaxtları bu təhriklərin Rusiyanın sərt reaksiyasına səbəb olacağı ilə bağlı bəyanatlarını ciddi qəbul etsinlər", - deyə Zaxarova bildirib.

Teqlər