ABŞ iqtisadiyyatı durğunluq içindədir
Amerika ticarət nazirliyi cümə axşamı günü bir məlumatda bu ölkədəki iqtisadi durğunluqdan xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Amerika ticarət nazirliyi bu ölkənin iqtisadi durumu barədə yaydığı statistikada bildirib ki, ABŞ-ın iqtisadi inkişafı gözlənilməz şəkildə cari 2022-ci ilin ilk rübündə ötən ilin analoji dövrü ilə müqayisədə 1,4 faiz tənəzzül edib.
Bu məlumata görə, Ümumi Daxili Məhsulun azalması,/ ştat hökumətlərinin və federal hökumətin xərclərinin artığı, eksportun və özəl investisiyanın isə azaldığını əks etdirir. Belə bir halda, Ümumi Daxili Məhsulun hesablanmasında çıxılan idxalat isə artıbdır.
«Capital Economics» şirkətindən olan Amerika Birləşmiş Ştatlarının baş iqtisadçısı Paul Eşort bu azalmanı gözlənilməz hadisə adlandırıb. O təkid edibdir ki, Amerikanın mərkəzi bankı sayılan «Federal Rezerv» faiz məzənnəsinin artırılmasından vaz keçməlidir, zira bu metod, inflyasiya artımı ilə mübarizə üçündür.
«Federal Rezerv» mart ayında faiz məzənnələrini artırdı, zira bu ölkədə inflyasiya ötən qırx ildə ən yüksək miqdara, yəni 7,9 faizə çatıbdır.
«Federal Rezerv»in rəyasət heyətinin sədri Cerom Pauell bundan öncə ABŞ konqresinin nümayəndələr palatasına xəbər vermişdi ki, bu ölkədə inflyasiya aylarla artım prosesilə müşayiət olunacaq.