Zelenskinin iddiasına aydınlıq gətirildi
Kiyev yaxınlığında 900 meyit aşkarlanıb
Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyev vilayəti yaxınlığında kütləvi məzarlıqların olması barədə açıqlamasındakı bəzi məqamlara aydınlıq gətirilib.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bununla deyib: "Bu gün həqiqətən də Buça yaxınlığında yeni kütləvi məzarlıq tapılıb və bu məsələ hazırda araşdırılır. İkincisi isə 900 nəfər həmin ərazidə tapılan meyitlərin təxmini sayıdır".
Kiyev vilayəti polisinin sözçüsü İrina Pryanişnikova daha əvvəl bildirib ki, prezident Zelenski Kiyev vilayətində yeni kütləvi məzarlıqdan danışarkən ya ölənlərlə bağlı ümumi statiskaya nəzərə salıb, ya da səhv danışıb.
Xatırladaq ki, prezident Polşa mətbuatına müsahibəsində Kiyev vilayəti yaxınlığında mülki şəxslərin daha bir kütləvi məzarlığının olduğunu açıqlayıb.
Rusiya tərəfi bütün hu iddiaları Zelenskinin uydurmaları adlandırır.
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski Polşa mətbuatına açıqlamasında Putinlə görüşə hazır olduğunu bir daha dilə gətirib.
"Hər hansı bir görüşün tamamilə dayandırılması yüksək risklər yaradır. Belə bir mühitdə danışmaq asan deyil. Ancaq problemlərin həlli üçün mən və Putin birbaşa görüşməliyik. Çünki, Rusiyada hər şeyə tək adam qərar verir", - deyə Ukrayna lideri bildirib.