ABŞ Zaxarovanın bu ölkəyə girişini sabotaj edib
Rusiya xarici işlər nazirliyinin sözçüsü Amerikanın onun bu ölkəyə girişini sabotaj etdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova deyib ki, Rusiyanın hava reyslərinin birbaşa uçuşlarına Amerika tərəfindən sanksiyanın qoyulmasına, həmçinin bu ölkə səfirliyinin onun üçün vizanın açılmasında təxir etməsinə görə, o, BMT-nin informasiya komitəsinin iclasında iştirak edə bilməyibdir.
ABŞ-ın sabotajlarının fonunda qeyd edək ki, Vaşinqton BMT qərargahına ev sahibliyi razılaşmasına əsasən, bu orqana dəvət edilənlərin səfərlərini asanlaşdırmağa və onlar üçün viza açmağa borcludur.
Zaxarova çıxışının digər bir hissəsində İngiltərənin Rusiya dövlət teleradio şirkətinə, həmçinin bu ölkənin bir qrup digər mediası və jurnalistinə qarşı sanksiyalarına reaksiyada Rusiyanın ingilis jurnalistlərə qarşı addım atması ehtimalını rədd etməyibdir.