İtaliyalı politoloq Qərb hərbi alyansını qınadı
Ferrari: Ukraynada sülhə NATO mane olur
May 10, 2022 17:09 Asia/Baku
İtaliyalı politoloq bəyan edib ki, NATO Ukrayna böhranının sülh yolu ilə həlli perspektivlərini xeyli çətinləşdirir.
SəhərAzəri-nin məlumatına əsasən, politoloq Aldo Ferrari deyib: “Bir tərəfdən son onilliklər ərzində NATO-nun şərqə doğru genişlənməsi Rusiya ilə Qərb arasında münasibətlərin pisləşməsini qətiyyətlə müəyyən etdi, digər tərəfdən, ittifaqın həm siyasi, həm də hərbi çəkisi artdı. Hazırkı böhran Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivlərini xeyli çətinləşdirir”.
Ekspert əlavə edib ki, nizamlanma üçün balanslı və uzaqgörən diplomatik yolun təşviqində NATO-nun mənfi rolu dəqiq vurğulanmalıdır.