May 12, 2022 16:11 Asia/Baku
  • Faiz dərəcəsi yayda artacaq

Avropa Mərkəzi Bankının direktoru Kristian Laqard dünən bildirib ki, Avro bölgəsindəki artan inflyasiyaya görə, Avropa Mərkəzi Bankı böyük ehtimala qarşı iyul ayının əvvəllərindən faiz dərəcəsini artırmağa başlayacaq.

SəhərAzəri-nin məlumatına əsasən,  xanım Laqard qeyd edib ki, Avropa Mərkəzi Bankı koronasonrası dövrdə Avro bölgəsi iqtisadiyyatının bərpasına lazım olan likvidliyin aşılanması məqsədilə icra olunacaq/ istiqraz vərəqələrinin satın alınması siyasətinin həyata keçirilməsini dayandıracaq. O, bu siyasətin icrasının dayandırılması vaxtını cari milad ilinin üçüncü rübünün əvvəli, yəni 2022-ci ilin iyul ayı elan edib və deyibdir ki, «bir müddət sonra» ilk faiz dərəcəsi artımı həyata keçiriləcək.

Avropa Mərkəzi Bankının növbəti iclası iyunun doqquzuna planlaşdırılıb. Ondan sonra bankın siyasətçiləri iyunun 21-də- yay tətilləri başlanmazdan öncə bir araya gələcəklər.

Avropa Komissiyasının statistika idarəsinin məlumatına görə, Avro bölgəsindəki illik inflyasiya dərəcəsi ötən aprel ayında misli görünməmiş 7.5 faizə çatdı ki, bu da Avropa Mərkəzi Bankının orta perspektivli məqsədindən qat-qat yuxarı, yəni iki faizdir.

Amerika Mərkəzi Bankı- Federal Rezerv də keçən həftənin çərşənbə günü ötən qırx ildə ən yüksək səviyyə sayılan/ 8.5 faizlik inflyasiyanın azalması üzrə səydə faiz dərəcəsinin əlli faiz artırıldığını bildirdi.

Teqlər