Kreml xarici siyasətinin istiqamətini dəyişir
Lavrov: "Rusiyanın Şərq ölkələri ilə daha da yaxınlaşması qaçılmaz prosesdir"
Rusiyanın xarici siyasət idarəsinin başçısı ölkəsinin Şərq dövlətləri ilə yaxınlaşması məsələsini şərh edib.
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının 30-cu assambleyası zamanı deyib ki, Rusiyanın Çin, Hindistan və digərləri kimi keçmiş “qızıl milyard”dan kənar ölkələrlə daha da yaxınlaşması qaçılmaz prosesdir və qarşılıqlı xarakter daşıyır.
Lavrov qeyd edib ki, Rusiya-Çin münasibətləri öz tarixinin ən yaxşı səviyyəsindədir, Hindistanla xüsusi imtiyazlı strateji tərəfdaşlıq dərinləşir:
"Əlcəzair, Misirlə strateji tərəfdaşlıq, Fars körfəzi ölkələri ilə əlaqələr yeni səviyyəyə yüksəlir. Eyni şey Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Asiya-Sakit okean regionunun digər ölkələri, Yaxın Şərq, Asiya, Afrika, Latın Amerikası ilə bağlı da baş verir. Biz bilirik ki, indiki kritik mərhələdə Rusiyanın və bütün digərlərinin dünya düzəninin gələcək arxitekturasında yeri müəyyənləşir. Qərb siyasətçiləri başa düşməlidirlər ki, onların Rusiyanı təcrid etmək cəhdləri məhvə məhkumdur”, deyə Rusiya XİN başçısı vurğulayıb.