May 18, 2022 14:14 Asia/Baku
  • Amerika
    Amerika

Amerika Ədliyyə Nazirliyi bildirib ki, son iyirmi ildə bu ölkədəki silah istehsalçıları, bazara çıxarmaq üçün 139 milyon ədəddən çox odlu silah istehsal ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Həmçinin son iyirmi ildə Amerikaya yetmiş bir milyon ədəd odlu silah idxal edilsə də, bu ölkədən cəmi 7,5 milyon ədəd ixrac edilibdir.

Bu məsələ, ABŞ-da odlu silahların bolluğundan xəbər verir. Qeyd olunan silahlar vasitəsilə zorakılıq dalğası, qırğın və intihar halları artırıbdır.

Bu məlumata əsasən, əgər 2000-ci ildə ABŞ-da cəmi 2222 silah istehsalı şirkəti fəaliyyət göstərirdisə, 2020-ci ildə bu rəqəm on altı min 963 şirkətə yüksəldi.

2020-ci ildə Amerikada açılan atəşlər nəticəsində ölənlərin sayı, 2019-cu il ilə müqayisədə təqribən otuz beş faiz artıbdır.

 

Teqlər