Litva Rusiyadan enerji idxalını dayandırıb
https://azeri.sahartv.ir/news/dünya-i389354-litva_rusiyadan_enerji_idxalını_dayandırıb
Ukrayna ilə həmrəylik ifadə edən Litvanın energetika naziri Deiniyus Kreiviyus bir mesajda bildirib ki, ölkəsi enerji müstəqilliyini təmin etmək və Moskvanı maliyyələşdirməyi dayandırmaq istiqamətində Rusiyadan qaz, neft və elektrik enerjisi idxalını dayandırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2022 15:19 Asia/Baku
  • Litva Rusiyadan enerji idxalını dayandırıb

Ukrayna ilə həmrəylik ifadə edən Litvanın energetika naziri Deiniyus Kreiviyus bir mesajda bildirib ki, ölkəsi enerji müstəqilliyini təmin etmək və Moskvanı maliyyələşdirməyi dayandırmaq istiqamətində Rusiyadan qaz, neft və elektrik enerjisi idxalını dayandırır.

SəhərAzəri-nin məlumatına əsasən, Deiniyus Kreiviyus twitter-də qeyd edib ki, bu addım, digər müttəfiqlərin Rusiyanın enerji mənbələrindən müstəqillik əldə etməkdə meyar götürmələri üçün əla nümunədir.

Litva Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun üzvü sayılır.

Belə görünür ki, Litvanın bu istiqamətdə atdığı addım, önləyici hərəkətdir, zira o da Finlandiyanın taleyinə düçar ola bilər.