Baydenin kobud səhvlərinin davamı; Bu dəfə iki Koreyanın adını səhv saldı
ABŞ prezidenti Merilend ştatında səhvən Şimali Koreyanı Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələrdən biri kimi qeyd edib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ prezidenti Co Bayden Merilend ştatının Annapolis şəhərindəki Hərbi Dəniz Akademiyasının məzuniyyət mərasimində ABŞ-ın qlobal təhlükəsizlik üçün müttəfiqlərlə əməkdaşlığın vacibliyindən danışıb.
Bayden bu əməkdaşlığa misal olaraq, Ukraynadakı hərbi əməliyyatlarına görə, Rusiyaya qarşı sanksiyaların tətbiqində ABŞ-ın yanında olan ölkələrə işarə edib.
ABŞ prezidenti daha sonra bir sual ünvanlayıb və Cənubi Koreyanı nəzərdə tutduğu bir halda Şimali Koreyanın adını çəkib. Bayden deyib: "Mən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağıranda kimsə NATO ölkələri, Avstraliya, Yaponiya, Şimali Koreya və bəzi ASEAN ölkələrinin bu sanksiyaları dəstəkləyəcəyini düşünürdümü"?