İyun 07, 2022 10:46 Asia/Baku

Rusiyanın xarici işlər naziri bəyan edib ki, Qərb ölkələrinin Ukraynaya verdiyi silahlar nə qədər uzaqmənzilli olarsa, Rusiya təhlükə xəttini bir o qədər uzaqlaşdıracaqdır.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov bu haqda deyib: "Rusiya prezidenti Vladimir Putin artıq yeni silahların gəlməsi ilə bağlı yaranacaq vəziyyəti şərh edib. Mən yalnız əlavə edə bilərəm: siz nə qədər uzaq mənzilli silahlar tədarük etsəniz, biz təhlükə xəttini ərazimizdən bir o qədər uzağa aparacağıq".

Lavrov onlayn mətbuat konfransında qeyd edib ki, 20 il ərzində həm Britaniyaya, həm ABŞ-a, həm də digər NATO üzvləri xəbərdarlıq edilir: "Əziz dostlar, siz 1999-cu ildə imza atmısınız ki, heç kim başqasının təhlükəsizliyi hesabına öz təhlükəsizliyini gücləndirməyəcək, niyə bunu edə bilmirsiniz? Nə üçün bunun yalan olduğu ortaya çıxdı? Və beş dəfə sərhədlərimizə yaxınlaşmısınız", deyə Lavrov əlavə edib. 

Teqlər