İyun 14, 2022 09:10 Asia/Baku
  • Maduro: Ayətullah Xameneinin sözləri mənə güc verdi

Venesuela prezidenti İran İslam İnqilabının Aliməqamlı Rəhbəri ilə görüşünün təəssüratlarını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Venesuela prezidenti Nikolas Maduro Tvitter hesabında İslam İnqilabının Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei ilə keçirdiyi görüşü dəyərləndirib. Görüşün mənəviyyatla dolu gözəl bir atmosferdə keçdiyini bildirən Maduro Tvitterdə yazıb: "Əxlaqverici sözlərinə görə ona minnətdaram. Ayətullah Xameneinin sözləri sülh və qardaşlıq dünyasına gedən yolda davam etmək üçün mənə güc verdi".

Qeyd edək ki, İnqilab Rəhbəri Venesuelanın dövlət başçısını qəbulu zamanı vurğulayıb: "İran və Venesuelanın uğurlu təcrübəsi göstərdi ki, ABŞ-ın təzyiqləri qarşısında qalib gəlməyin yeganə yolu müqavimətdir".

Teqlər