Macarıstan Rusiyaya qarşı yeni sanksiyaların əleyhinədir
https://azeri.sahartv.ir/news/dünya-i390488-macarıstan_rusiyaya_qarşı_yeni_sanksiyaların_əleyhinədir
Macarıstanın baş naziri deyib ki, yeni sanksiyalar Avropada iqtisadi vəziyyəti isə daha da pisləşdirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2022 06:55 Asia/Baku
  • Macarıstan Rusiyaya qarşı yeni sanksiyaların əleyhinədir

Macarıstanın baş naziri deyib ki, yeni sanksiyalar Avropada iqtisadi vəziyyəti isə daha da pisləşdirəcək.

SəhərAzəri-nin məlumatına əsasən, cümə günü Brüsseldə davam edən Avropa İttifaqının sammitində iştirak edən Macarıstanın baş naziri Viktor Orban öz mövqeyini belə izah edib ki, Macarıstan Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dəstəkləmir, çünki hesab edir ki, onlar Ukraynada sülhün bərqərar olmasına kömək etməyəcək və Avropada iqtisadi vəziyyəti daha da pisləşdirəcək.

Onun sözlərinə görə, indi yeni sanksiyalar deyil, sülh lazımdır, çünki müharibə inflyasiyasının yeganə dərmanı sülhdür. Sülhə "hə", gələcək sanksiyalara isə "yox" deyilməməlidir.

Brüsseldə keçirilən sammitin ikinci günündə onun iştirakçıları Avropanın maliyyə-iqtisadi vəziyyətini, o cümlədən sanksiyaların nəticələrini, enerji təchizatı ilə bağlı problemləri və inflyasiyanın qarşısının alınmasını müzakirə etməyi planlaşdırırlar.

Onlar Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı yeni sanksiyaları qəbul etmək fikrində deyillər.