Odessaya raket zərbəsi nəticəsində 18 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i390688-odessaya_raket_zərbəsi_nəticəsində_18_nəfər_həlak_olub
Rusiya ordusu Ukraynanın Odessa əyalətinin iki qəsəbəsinə raket hücumu həyata keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2022 07:28 Asia/Baku
  • Odessaya raket zərbəsi nəticəsində 18 nəfər həlak olub

Rusiya ordusu Ukraynanın Odessa əyalətinin iki qəsəbəsinə raket hücumu həyata keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, hücum zamanı doqquzmərtəbəli evin qismən dağılması nəticəsində 14 nəfər ölüb, üçü uşaq olmaqla, daha 30 nəfər yaralanıb. 

Məlumata görə, ikinci raket gecə saatlarında Belqorod-Dnestrovsk rayonunda yerləşən istirahət evinə düşüb. Raket zərbəsi istirahət mərkəzinin üç və dördmərtəbəli binalarının qismən dağılmasına səbəb olub, nəticədə biri uşaq olmaqla dörd nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.