İyul 01, 2022 13:21 Asia/Baku
  • Hərbi alyans dünyada sabitliyi zəbə altında qoyur - TƏHLİL

Çin hökuməti NATO-nun yeni strategiya sənədini tənqid edərək, bunu dünya sülhü və sabitliyinə sistemli təhdid adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Madriddə keçirilən toplantıda NATO liderləri yeni strategiyalarında ilk dəfə olaraq Çini dünya nizamını pozmağa cəhd etməkdə ittiham ediblər. Bu strategiyada Rusiya NATO-ya üzv ölkələrin təhlükəsizliyinə ən mühüm və birbaşa təhdid kimi təqdim edilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi NATO özünü müdafiə adı altında bütün dünyada gərginlik və müharibə yaratmağa çalışır.

NATO faktiki olaraq ABŞ-ın hərbi qolu kimi istifadə edilən hərbi təşkilatdır. Hazırda beynəlxalq ictimaiyyətin qarşısında duran problemlərdən biri NATO-nun coğrafi ərazisinin şərqə doğru genişlənməsidir. Ukrayna müharibəsi şəksiz, Qərbin bu militarist siyasətinin nəticələrindən biridir.

Məsələ burasındadır ki, NATO-nun Rusiya və Çinə qarşı aqressiv və mühasirə siyasəti nəinki Şərqdə baş verən müxtəlif hadisələrlə bağlı Qərbin narahatlığını həll etməyə kömək etmir, həm də qlobal nizamı və təhlükəsizliyi pozur. Çinə nəzarətdə ABŞ-ın siyasət və proqramlarından biri olsa da, bu vaxtadək uğursuzluğa uğrayıb. Ona görə də, ABŞ NATO-nun Çin əleyhinə təsir imkanlarından daha çox istifadə etməyi düşünür.

Digər tərəfdən bu yaxınlarda Almaniyada keçirilən G7 sammitində Çinin “bir kəmər – bir yol” tranzit və iqtisadi planına qarşı çıxmaq üçün 600 milyard dollar ayrılması göstərdi ki, Qərb həm də Çinin coğrafi təsir dairəsini məhdudlaşdırmağa çalışır. Lakin bu məsələdə avroplalılar arasında yekdil rəy yoxdur və onlar öz maraqlarını nəzərə alırlar. Buna görə də Vaşinqton NATO-dan Çinə qarşı hərbi vasitə kimi istifadə etmək qərarına gəlmişdir. Pekin bunu dünya nizamını və sülhü pozan siyasət kimi səciyyələndirir.

Teqlər