İyul 03, 2022 11:29 Asia/Baku
  •  Özbəkistanda fövqəladə vəziyyət elan edilib

 Özbəkistan Respublikasında etiraz aksiyasının ardınca fövqəladə vəziyyət elan edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Özbəkistan prezidenti Şövkət Mirziyayev konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib. Və buna müvafiq olaraq Qaraqalpaq Respublikasında iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

Bunun ardınca Özbəkistan parlamenti Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında Prezident Şavkat Mirziyoyevin fərmanını təsdiqləyib.

Qeyd edək ki, Özbəkistanın Daxili İşlər Nazirliyi ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar Nukusda nümayişin keçirildiyi barədə məlumat yayıb. Bildirilir ki, ictimai qaydanın pozulması halları və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib.

Məlumata əsasən, hüquq-mühafizə orqanları iğtişaş təşkilatçılarından bir qrupunu saxlayıblar. Qanunsuz nümayişin ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində baş verdiyi qeyd olunur.

Ən son məlumata görə, Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu gün yenidən Nukusa uçub.

Dövlət başçısı ötən gün kütləvi nümayişlərin keçirildiyi Qaraqalpaq Respublikasının paytaxtında olub və gecə saatlarında qayıdıb.

Hazırda Nukusda sakitlikdir, küçədə avtomobil demək olar ki, yoxdur. İnternetə çıxış hələ də məhduddur. Mobil rabitə işləyir.

Teqlər