Borrel: Rusiyadan neft idxalı 90 faiz azalacaq
Avropa İttifaqının xarici siyasət rəhbəri Rusiyaya təzyiqlərin davam etdiriləcəyini və bu ilin sonuna kimi Rusiyadan neft idxalının 90 faiz azalacağını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib: "2022-ci ilin sonuna kimi biz Rusiyadan neft idxalını 90 faiz azaldacağıq, qaz idxalını isə sürətlə azaldırıq".
O əlavə edib: "Bu qərarlar Avropanı tədricən Rusiya enerjisindən asılılıqdan azad edəcək".
Borrellin sözlərinə görə, bu birlik Rusiyaya qarşı 6 sanksiya paketini təsdiqləyib və Rusiyada 1200-ə yaxın insanı və 98 qurumu, eləcə də ölkə iqtisadiyyatının əhəmiyyətli sayda sektorunu hədəf alıb.
O deyib: Bu sanksiyalar "Yeddilik Qrupu" üzvlərinin koordinasiyası ilə təsdiq edilib.