Zelenski Ukrayna ordusunun komandirlərini tənqid edib
Ukrayna prezidenti onun iştirakı olmadan hərbi personalın hərəkətinə məhdudiyyətlər tətbiq edən komandirlərin özbaşına qərarından sonra onları tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ordusu komandirlərinin bu qərarını tənqid edərək, deyib: "Bu qərar onun iştirakı olmadan qəbul edilməməli idi və bu məsələ "çoxlu mübahisələrə" səbəb olub.
Ukrayna liderləri arasında fikir ayrılıqları indiyədək üzə çıxmamışdı. Bu mübahisələr elə bir haldadır ki, Ukrayna qüvvələri bu ölkənin şərq bölgələrində Rusiya ordusa qarşısında müdafiə ilə məşğuldurlar.
Zelenski deyib: "Belə bir qərarın fərqli qiymətləndirilməsi var. Beləki cəmiyyətdə anlaşılmazlıq, hətta qəzəb yaradıb".
O, xalqa bu məsələni həll edəcəyinə söz verib və baş qərargahdan gələcəkdə onsuz belə qərarlar qəbul etməməyi xahiş edib.