Consonun ofisi önündə etiraz aksiyası keçirilib
Bir qrup etirazçı İngiltərənin baş naziri Boris Consonun ofisi qarşısında aksiya keçirib və onun istefaya getməsini tələb edib.
SəhərAzəri-nin məlumatına əsasən, İngiltərənin baş nazirinin siyasətlərinə qarşı çıxan bir qrup etirazçı Londonun «Dauninq-strit küçəsi-10»da yerləşən baş nazir iqamətgahının önünə toplaşıb.
Aksiya, Consonun nazirlər kabinetinin üç üzvü və bir qrup digər rəsminin daha Boris Consonun başçılığı altında işlərini davam etdirə bilməyəcəyini bildirməsindən sonra keçirilib. Şotlandiya milli partiyasının lideri İan Blakford aksiyaçılar arasında olub.
O, deyib: Boris Conson ona göstərilmiş etimaddan sui-istifadə edib. O, bilməlidir ki, daha baş nazirliyi davam etdirmək üçün lazımi etik gücə malik deyildir.
Conson etirazçıların baş nazir iqamətgahının önünə toplaşmalarından öncə İngiltərə parlamentinin aşağı palatasında keçirilən çox gərgin yığıncaqda vəzifəsindən kənara çəkilmək barədəki tələbləri rədd edibdir. Consona yaxın mənbələrdən biri bildiribdir ki, o, öz həmkarlarına, onun baş nazirlikdən kənara çəkiləcəyi təqdirdə, ölkədə hərc-mərcliyin yaranacağını deyibdir.