Britaniyanın XİN başçısı Rusiyanı təhdid etdi; Zaxarova onu qanasusayan adlandırdı
Baş nazir olsam, Rusiyanın məğlubiyyətini təmin edəcəyəm". Bunu Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
SəhərAzəri-nin məlumatına əsasən,seçki kampaniyasına başlayan Trass bildirilib ki, qalib gələcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında davam edən müharibədə Kremlin məğlubiyətini təmin edəcək.
“Mən lider ola, nəticələr əldə edə bilərəm. Çünki qərar qəbul edə bilirəm. Hara getməli olduğumuza və oraya çatmaq üçün təcrübə və qətiyyətə dair aydın təsəvvürüm var. Mən Putinin Ukraynadakı məğlubiyyətini təmin etmək üçün seçkilərə qatılacağam, - o bildirib.
O, xüsusilə XİN başçısı kimi Rusiyaya qarşı beynəlxalq reaksiyaya rəhbərlik etdiyini, ciddi sanksiyaların qəbul edilməsindəki xidmətini vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova britaniyalı həmkarı Liz Trassın cavabını gecikdirməyib. O öz “Teleqram” kanalında Trassı “qanasusayan və destruktiv şəxs” adlandırıb.
Qeyd edək ki,Britaniyanın Baş naziri Boris Conson iyulun 7-də vəzifəsindən istefa verib. O, yeni baş nazir seçilənədək bu postu müvəqqəti icra edəcək.