Zaxarova Con Boltonun etirafı ilə bağlı beynəlxalq araşdırmaya çağırıb
https://azeri.sahartv.ir/news/dünya-i391108-zaxarova_con_boltonun_etirafı_ilə_bağlı_beynəlxalq_araşdırmaya_çağırıb
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun xaricdə dövlət çevrilişlərinin təşkilində iştirakla bağlı etirafını əlavə təhlil tələb edən bir fakt kimi dəyərləndirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 13, 2022 17:30 Asia/Baku
  • Zaxarova
    Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun xaricdə dövlət çevrilişlərinin təşkilində iştirakla bağlı etirafını əlavə təhlil tələb edən bir fakt kimi dəyərləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir tvitdə yazıb: "ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun xarici ölkələrdə dövlət çevrilişi hazırlığına kömək etməsi ilə bağlı açıqlamaları beynəlxalq təhqiqat tələb edən bir faktdır". 

Zaxarova qeyd edək ki, bundan əvvəl Tramp tərəfdarlarının Kapitoli binasına hücumunu şərh edərkən, Bolton "Digər ölkələrdə dövlət çevrilişinin planlaşdırılmasına kömək etmiş bir şəxs kimi demək istəyirəm ki..." ifadəsini işlədib.