Amerikalıların əksəriyyəti ABŞ hökumətini korrupsioner hesab edir
Bir rəy sorğunun nəticələri göstərir ki, amerikalıların əksəriyyəti bu ölkə hökumətini korrupsioner hesab edir və onların üçdə biri hökumətə qarşı silahlanmaya hazır olduğunu bildirir.
SəhərAzəri-nin məlumatına əsasən, "Daily Mail" jurnalı bu yaxınlarda bildirib ki, amerikalıların 44 faizi ABŞ-ın başqa bir vətəndaş müharibəsinə doğru getdiyinə inanır. Buraya respublikaçıların 53 faizi və demokratların 39 faizi daxildir.
Həmçinin başqa bir statistik məlumatda isə təxminən hər beş nəfərdən biri "ölkəyə və ya demokratiyaya zərər vurduğuna" inandıqları bir siyasətçinin öldürülməsini ən azı müəyyən qədər bəyəndiyini söyləyib.
"Hill" jurnalı da bir hesabatda yazıb: "Çikaqo Universitetinin Siyasət İnstitutunun yeni sorğusuna əsasən, amerikalıların əksəriyyəti ABŞ hökumətinin korrupsiyaya uğradığını deyir və demək olar ki, üçdə biri deyir ki, tezliklə ona qarşı silaha sarılmaq ola bilər.