Avq 02, 2022 20:44 Asia/Baku
  • Çin Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

Çin Xalq Azadlıq Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Çin Müdafiə Nazirliyi bəyanay yararaq bildirib ki, ABŞ-ın hərəkətləri Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrə yanlış mesaj verir:

“Tayvan hakimiyyətinin hərəkətləri son dərəcə təhlükəlidir və ağır nəticələrə gətirib çıxaracaq”.

Eyni zamanda Çin Tayvan adasının şimalında – Çinin şərqindəki Çjetszyan əyaləti avqustun 3-5-də Şərqi Çin dənizində dəniz atəşi təlimləri keçirəcək. Bu barədə çərşənbə axşamı əyalətin Dəniz İşləri İdarəsi məlumat yayıb.

Bundan başqa, Çin Ordusunun Şərqi Zonasının Döyüş Komandanlığı bildirib ki, Tayvan ətrafında hərbi əməliyyatlar çərçivəsində nüvə başlıqlı olmayan raketləri sınaqdan keçirəcək.

Çinin Xarici İşlər Nazirliyi də ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı bəyanat yayıb.

Bəyanatda səfərə kəskin etiraz və qınaq ifadə edilib, bu hadisənin “vahid Çin” prinsipini və Çin-ABŞ kommünikesinin müddəalarını ciddi şəkildə pozduğu bildirilib.

Teqlər