Avropada görünməmiş istilik və quraqlıq
https://azeri.sahartv.ir/news/dünya-i392067-avropada_görünməmiş_istilik_və_quraqlıq
Avropada temperaturun yüksəldiyi bir halda, yağışların yağmaması, bu qitədəki problemləri artırıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2022 15:17 Asia/Baku
  •  istilik və quraqlıq
    istilik və quraqlıq

Avropada temperaturun yüksəldiyi bir halda, yağışların yağmaması, bu qitədəki problemləri artırıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, CNN müxbiri bildirib: Builki yay mövsümünün əksər günlərində az yağıntılarla müşayiət olunan istilik dalğası təhlükəli quraqlıq şəraitinin yaranmasına səbəb olub.

Charente Kənd Təsərrüfatı Palatasının rəisi Kristian Daniau deyib: Böyük bir isti dalğası görmüşük, amma yağışın yağmaması, kənd təsərrüfatı məhsullarına ziyanın dəyməsinə səbəb olubdur.

Yeni statistikalar göstərir ki, torpaqların 47 faizi quraqlıq xəbərdarlığı altındadır, bu da torpaqda az rütubətin olması deməkdir. Belə bir halda, torpaqların 17 faizi güclü quraqlıq xəbərdarlığı altındadır. Bu da o deməkdir ki, göyərti istehsalı təsir altına düşəcəkdir.