İsveçrə polisinin rəisi: Qışda insanların iğtişaşlarına hazır olmalıyıq
İsveçrə polisinin rəisi xəbərdarlıq edib ki, qarşıdan gələn qışda enerji çatışmazlığı yaranarsa, İsveçrədə insanlar iğtişaşlara çıxa bilər.
SəhərAzəri-nın məlumatına görə, İsveçrə polisinin rəisi Fredi Fassler deyib: "Elektrik enerjisinin kəsilməsinin ciddi fəsadları olacaq".
O qeyd edib ki, bunun baş verəcəyini gözləmir, lakin hakimiyyət ən pis ssenariyə hazır olmalıdır.
"İsveçrə qışda elektrik enerjisi çatışmazlığı təhlükəsinə fəal şəkildə hazırlaşır. Enerji təchizatı diqqət mərkəzindədir", - deyə, o əlavə edib.
İsveçrə hakimiyyəti xəbərdarlıq edib ki, elektrik enerjisi və ya qaz qıtlığı yaranarsa, ilk dəfə olaraq, qarşıdan gələn qışda enerji istehlakına məhdudiyyətlər qoya bilərlər.
2021-ci ildən bəri Avropada enerji qiymətləri qlobal tendensiyaya uyğun olaraq, sürətlə yüksəlir.
Rusiyanın Ukraynaya hücumu başladıqdan və Moskvaya qarşı bir neçə sanksiya paketi tətbiq edildikdən sonra Avropada enerji vəziyyəti xeyli pisləşib.