Avq 22, 2022 16:53 Asia/Baku
  • Serbiyadan NATO-ya xəbərdarlıq

Belqrad və Priştina arasında gərginliyin artması ilə, Serbiya prezidenti xəbərdarlıq edibdir ki, NATO-nun hərəkətsizlik göstərəcəyi təqdirdə, onun ölkəsi Kosovodakı serb azlığını qorumaq üçün hərəkətə keçəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Serbiya öz ərazisinin bir hissəsi hesab etdiyi Kosovonun 2008-ci ildə verdiyi istiqlaliyyət bəyannaməsini qəbul etməyib. 1999-cu ildə NATO-nun başçılığı altında həyata keçirilən hərbi müdaxilə serb qüvvələrlə Kosovo separatçıları arasındakı müharibəyə son qoydu.

Serbiya prezidenti Aleksandr Vuçiç bazar günü ölkəsinin xalqı üçün etdiyi emosional bir çıxışda belə dedi: Əgər NATO bu işi görmək istəməzsə, xalqımızı əzab-əziyyət və qırğından xilas edəcəyik.

Aleksandar Vucic həmçinin deyibdir ki, kosovo albanları dəstəsinin, bir çox serbin yaşadığı Kosovonun şimalına doğru axınının qarşısı alınmalıdır.

Vuçiçin ifadələri Avropa Birliyinin vasitəçiliyi ilə ötən həftə Brüsseldə Serbiya və Kosovo liderləri arasında keçirilən siyasi danışıqların uğursuz qaldığı bir halda söylənir. Avropa Birliyi əlaqələrin adiləşdirilməsi üçün uzun illər tərəflər arasında aparılan uğursuz danışıqlara nəzarət edib və pnu Belqrad və Priştinanın Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-ya üzvlükləri üçün önşərt adlandırıbdır.

Tərəflər arasında gərginlik Kosovonun baş naziri Albin Kurti hökumətinin serblərin şəxsiyyət vəsiqələri və avtomobil nömrələrinin daha Kosovoda mötəbər olmadığını bildirməsindən sonra artıb. Amma Kurti Qərbin təzyiqi ilə bu qərarını sentyabrın birinədək təxirə salıbdır.

 

Teqlər