İngiltərədə etirazçılar yanacaqdoldurma məntəqələrini dağıdıblar
İngiltərədəki yanacaqdoldurma məntəqələri bu ölkə hökumətinin layihələrinə etiraz edənlər tərəfindən dağıdılıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, İngilis aktivistlər İngiltərə hökumətinin 2025-ci ilədək bu ölkənin sahillərindən kənarda neft və qaz layihələrinin icrası üzrə layihələrinə etiraz olaraq, yanacaqdoldurma məntəqələrini dağıdıblar.
İngilis etirazçıların bu hərəkətinin fonunda qeyd edək ki, İngiltərə hökuməti dünən bildiribdir ki, 2022-ci ilin oktyabrından bəri ingilis ailələrin istehlak etdikləri qaz və elektrik enerjisinin qiymətləri təxminən ikiqat artırılacaq.
Röyters də bildiribdir ki, enerjinin bahalaşması İngiltərə ictimaiyyətinin kasıb üzvlərini ağır ziyanlara salıb və onların yaşayışını təhlükə ilə üzləşdiribdir.
İngiltərədə qazın qırx faizi elektrik enerjisi istehsalına xərclənir, lakin onun işıq puluna olan təsiri qeyri-mütənasibdir.