Sen 11, 2022 11:56 Asia/Baku
  • Əkiz qüllələrin yerlə-yeksan edilməsindən 21 il ötür

Bu günə qədər müəmmalı qalan şübhəli 11 sentyabr hadisələrinin ildönümüdür.

SəhərAzəri-nin məlumatına əsasən, 2001-ci ilin 11 sentyabrında törədilmiş, ABŞ və dünya tarixində misli görünməmiş bu terror aktı nəticəsində təxminən 3 min insan həlak olub.

Rəsmi məlumatlarda bildirilir ki, 2001-ci il sentyabrın 11-də səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin Nyu-York şəhərindəki 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə isə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.

“Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviaşirkətlərinə məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.

11 sentyabr ABŞ tarixinə faciə günü kimi həkk olunub.  Ağ Evin iddialarına deyilir ki, 11 sentyabr terror aktları Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarından ibarət olub.

Qeyd edək ki, 11 Sentyabr hadisəsindən sonra müsəlmanlar terrorçuluqda ittiham olunmağa başladı və əlbəttə terror aktı barədə əsas müəmmalar bu günədək çözülməyib. 

İran İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei 13 sentyabr 2010-cu ildə məlum terror aktı ilə bağlı bunları söyləmişdir: "Onun layihəsi və komandanlığı imperializmin başçılarının, Amerika dövləti, bu ölkənin hərbi və təhlükəsizlik təşkilatları, habelə İngiltərə hökuməti və bəzi Avropa dövlətləri üzərində böyük nüfuza malik olan sionist ideoloji mərkəzlərinin əlindədir. Bunlar o kəslərdir ki, 11 sentyabr hadisəsinin həqiqətlərinin üzə çıxarılması naminə aparılan müstəqil araşdırmaların nəticələri bütün ittihamları günü-gündən daha çox onlara tərəf yönəldir. 11 sentyabr hadisəsi ABŞ-ın o dövrkü cinayətkar prezidentinə Əfqanıstan və İraqa hücum etmək üçün bəhanə verdi və o, açıq-açığına “səlib müharibəsi”nə başladı."

Teqlər