Sen 26, 2022 12:10 Asia/Baku
  • Fransa polisi İranın Parisdəki səfirliyi qarşısında iğtişaşçılarla qarşılaşıb

Paris polisi bazar günü İran İslam Respublikasının müqəddəs quruluşuna qarşı şüarlar səsləndirən və Parisdə iğtişaşlar yaratmaq və ictimai asayişi pozmaq niyyətində olan nümayişçilərlə qarşılaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, nümayişçilər "Molotov kokteyli" atıb, həm Fransa polis qüvvələrinə, həm də İran İslam Respublikasının müqəddəs quruluşuna qarşı sərt şüarlar səsləndiriblər.

Onlar polis əməkdaşlarını geri itələyərək səfirliyə hücum etməyə çalışsalar da, polisin sərt reaksiyası ilə üzləşiblər.

Sosial mediada yayılan fotolarda polis məmurlarının küçə asfaltında üzüstə uzanmağa məcbur edilən bir neçə iğtişaşçının əlinə qandal vurması əks olunub.

Londonda da İran səfirliyinə hücuma cəhd edən əks-inqilabçı qruplara bağlı bir qrup şəxs London polisinin qəti reaksiyası ilə üzləşib.

Onlar iğtişaş yaratmaq və ictimai asayişi pozmaq niyyətində olublar.

Polisin verdiyi məlumata görə, aqressiv hərəkətlərə əl atan nümayişçilərdən beşi həbs edilib.

Eyni zamanda, iğtişaşçılar tərəfindən normaların pozulmasının ardınca, İslami İran xalqı cümə günü bütün ölkə boyu geniş yürüşlər keçirərək, yekdilliklə bu hərəkətləri pisləyib.

Bazar günü də bütün İslami İranda insanlar iğtişaşçıların hərəkətlərinə etiraz olaraq, "Ümməti Rəsulullah (s)" adlı böyük toplantısında iştirak ediblər.

Teqlər