Kreml: Rusiya Ukrayna ilə danışıqlara hazırdır
Rusiya Prezidentinin mətbuat katibi ölkə başçısının Ukrayna ilə danışıqlara hələ də hazır olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Ukrayna müharibəsinin əvvəlindən bildirib ki, Ukraynanın demilitarizasiyası və bu Şərqi Avropa ölkəsində neonasistlərin hakimiyyətdən geri çəkilməsi üçün təhlükəsizlik zəmanətləri veriləcəyi təqdirdə müharibəni dayandıracaq.
Ukraynada müharibə başlayandan Türkiyə bu böhranda vasitəçi kimi çıxış etməyə çalışsa da, o qədər də uğurlu alınmayıb.
Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı bildirib ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə söhbətində Ukrayna ilə danışıqlar aparmağa hələ də hazır olduğunu bildirib. Lakin vəziyyətin dəyişməsi danışıqların şərtlərini də dəyişir.
Mətbuat katibi qeyd edib ki, Prezident V.Putin söhbət zamanı Ukraynanın danışıqlar prosesini tərk etdiyini və buna görə də xüsusi hərbi əməliyyatın davam etdiyini bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir çox iqtisadi problemlərə görə ölkədə reytinqi aşağı düşüb. Buna görə də korlanmış imicini yaxşılaşdırmaq üçün beynəlxalq aləmdə rol oynamaq və Ukrayna böhranında vasitəçi rolu oynamaq üçün hərtərəfli səylərə başlayıb.