Okt 09, 2022 13:04 Asia/Baku
  • Nobel mükafatı laureatı Makrona qarşı aksiyaya çağırıb

Yenicə ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuş fransalı yazıçı,/ xalqı,/ inflyasiyaya nəzarət sahəsindəki acizliyinə görə, bu ölkə hökumətinə qarşı aksiya keçirməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Beynəlxalq medialar xəbər veriblər ki, bir qrup fransalı mütəfəkkir, o sıradan 2022-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almış fransalı yazıçı Ani Erno, xalqı, gələn həftə Fransa prezidenti Emmanuel Makrona qarşı keçirilməsi planlaşdırılan nümayişə qatılmağa çağırıb.

Aralarında yazıçı, rejissor və universitet müəllimlərinin adları görünən 69 şəxs bir məktubda iqtisadi məsafələrin genişlənməsi və inflyasiyanın artmasına gətirib çıxaran Makronun siyasətlərini tənqid edib.

Bu qrup «De-Dimanş» nəşrində dərc olunan məktubunda yazıb: Makron inflyasiyadan, xalqın digər bir qrupunun zərərinə olan sərmayə gəlirlərini artırmaq və iqtisadi məsafələri daha da genişləndirmək üçün istifadə edir.

Məktubun mətnində həmçinin deyilir: Fransa hökuməti enerji qiymətlərinin artması ilə mübarizə üçün yetərincə tədbirlər görməyib və yüksək inflyasiyaya görə, xeyli mənfəətlər əldə edən şirkətlərin vergilərini artırmaqdan çəkinibdir.

Fransada inflyasiya göstəricisi Ukrayna savaşı başlanandan sonra artsa da, yenə də, ötən aylarda Fransada inflyasiya göstəricisi avrozonadakı digər ölkələrə nisbətən aşağı olubdur.

Məktubun altına imza atanlar xalqı on altı oktyabrda keçirilməsi planlaşdırılan nümayişə qatımağa çağırıb.

Sol təmayüllü «Yenilməz Fransa» partiyası bu aksiyanın keçirilməsinə çağırış verib. Aksiyanın mövzusu, «yüksək yaşayış xərclərinə etiraz» adlandırılıbdır.

 

Teqlər