Okt 12, 2022 12:35 Asia/Baku
  • Putin Zaporojye AES-in durumu barədə nigarançılıq ifadə edib

Rusiya prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşdə Zaporojye Atom Elektrik Stansiyasının vəziyyəti haqda nigarançılıq ifadə edib və onu böhranlı adlandırıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin dünən Moskvada Rafael Qrossi ilə görüşdə bildiribdir ki, Rusiya Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyi üçün mümkün olan bütün yolları araşdırmağa və bu haqda dialoq aparmağa tamamilə hazırdır.

Zaporojye Atom Elektrik Stansiyası Avropada ən iri atom elektrik stansiyasıdır. Bu stansiya Rusiyanın Ukraynaya hücumu gedişində rus qüvvələrin nəzarəti altına keçib.

Ukrayna qüvvələri ötən aylardan bəri, hadisə yaratmaq və Rusiyanı müqəssir kimi qələmə vermək məqsədilə bu stansiynı artilleriya ilə hədəfə alıblar.

Rusiya və Ukrayna dəfələrlə bir-birilərini Ukraynanın cənubunda yerləşən Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutmaqda ittiham ediblər.

 

Teqlər